...

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Şirvan şəhərində keçirilib (FOTO)

İdman Materials 27 Avqust 2021 14:33 (UTC +04:00)
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Şirvan şəhərində  keçirilib (FOTO)

Bakı. Trend:

AFFA-nın və Şirvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir 27 avqust 2021-ci il tarixdə Şirvan şəhərində keçirilmişdir.

Bu günkü tədbirdə şəhərin kənd evləri, bağ evləri yaşayış massivlərindən, köhnə şəhər ərazisindən və Hacıqəhrəmanlı qəsəbəsindən ümumilikdə 50 nəfər məktəbli uşaq iştirak etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində 2019-cu ilin yekunlarına həsr olunmuş mərasimdə çıxışı zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyyələrin yerinə yetirilməsi məqsədi ilə AFFA-nın təşəbbüsü ilə 2020-ci il ərzində karantin rejminin tələblərinə əməl etməklə Respublikamızın müxtəlif bölgələrində yerli İcra Hakimiyyəti orqanları ilə birlikdə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə tədbirlər həyata keçirilmişdir.

2021-ci il ərzində qeyd olunan layihə üzrə Fizuli, Tərtər, Bərdə və Oğuz rayonunun kəndlərində tədbirlər keçirilmişdir.

B günkü tədbirdə iştirak edən uşaqlara futbola marağı artırmaq məqsədi ilə idman geyimləri və futbol topları verilmişdir.

Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Şirvan Şəhər Icra Hakimiyytinin başçısı İlqar Abbasov, 46 saylı Şirvan seçki dairəsindən seçilmiş Milli Məclisin deputatı İltizam Yusifov və rayon ictimayətinin nümayəndələri iştirak etmişdir. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatları Rauf Əliyev və İltizam Yusifov çıxış ediblər. Tədbirdə çıxış edənlər bölgələrdə belə tədbirlərin təşkil edilməsinin kənd yerlərində idmanın inkişafı üçün əhəmiyyətini qeyd etmişlər.

Bu layihə üzrə tədbirlərin Respublikamızın digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti