...

Rəşad Nəbiyev Azərbaycan Cüdo Federasiyasının yeni prezidenti seçilib

İdman Materials 1 Noyabr 2021 17:53 (UTC +04:00)
Rəşad Nəbiyev Azərbaycan Cüdo Federasiyasının yeni prezidenti seçilib

Bakı. Elçin Mehdiyev - Trend:

Noyabrın 1-də Gənclər və İdman Nazirliyində Azərbaycan Cüdo Federasiyasının növbədənkənar konfransı keçirilib.

Trend xəbər verir ki, konfransda gənclər və idman naziri Fərid Qayıbov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, eləcə də Olimpiya və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çingiz Hüseynzadə tədbirdə çıxış edərək ölkəmizdə cüdo idmanının inkişafından, federasiyanın prezidenti Rövnəq Abdullayevin rəhbərliyi altında əldə edilən uğurlardan danışıb.

Sonra federasiyanın prezidenti vəzifəsinə seçkilər keçirilib.

Səsvermə nəticəsində Rəşad Nəbiyev Azərbaycan Cüdo Federasiyasının prezidenti seçilib.

Konfransda, həmçinin federasiyanın idarə heyətinin yeni tərkibi də müəyyənləşib.

Federasiyanın vitse-prezidenti vəzifəsinə Rövşən Rüstəmov və Elnur Məmmədli, İcraiyyə Komitəsi üzvlüyünə isə Ağayar Axundzadə, Raqif Abbasov, Asif Əsgərov, Nazim Hüseynov, Azər Əsgərov və Elxan Məmmədov seçiliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti