...

Şahmat Federasiyasına yeni prezident seçilib (FOTO)

İdman Materials 26 Noyabr 2021 12:29 (UTC +04:00)
Şahmat Federasiyasına yeni prezident seçilib (FOTO)

Bakı. Fərid Zöhrabov - Trend

Elman Rüstəmov Şahmat Federasiyasının prezidenti vəzifəsindən azad edilib.

Trend-in məlumatına görə, noyabrın 26-da Gənclər və İdman Nazirliyində Azərbaycan Şahmat Federasiyasının növbəti hesabat-seçki konfransı keçirilib.

Gənclər və İdman Nazirliyində keçirilən tədbirdə nazir Fərid Qayıbov konfrans iştirakçılarını salamlayıb, onlara uğurlar arzulayıb.

İclasda AŞF-in son illərdəki fəaliyyəti barədə qurumun prezidenti Elman Rüstəmovun hesabatı dinlənilib və federasiya rəhbərliyinə yeni seçki keçirilib. 2007-ci ildən prezident funksiyasını yerinə yetirən Elman Rüstəmov növbəti seçkilərdə namizədliyini irəli sürmədiyini açıqlayıb.

Tədbir iştirakçıları vitse-prezident Mahir Məmmədovu 4 il müddətinə AŞF-in prezidenti seçiliblər.

Konfransda komandalararası Avropa çempionatında bürünc alan qadınlardan ibarət yığma üzvlərinə hədiyyə verilib.

Qeyd edək ki, Mahir Məmmədov FİDE-də vitse-prezident postunu tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti