...

Təbrizli qadından dünya rekordu: 17 tonluq avtomobili dartdı

İdman Materials 22 Dekabr 2021 13:48 (UTC +04:00)

Bakı. Elnur Bağışov - Trend:

Təbrizdə Giti Musəvi adlı qadın 17 tonluq yük maşınını 30 metr məsafəyə dartaraq yeni rekorda imza atıb.

Trend-in məlumatına görə, bu idman növü üzrə qadınlar arasında əvvəlki dünya rekordu 12 ton olub.

G.Musəvi bildirib ki, uzunmüddətli məşqlərdən sonra bu göstəriciyə nail olub:

"Mənim məqsədim onu göstərməkdir ki, insan hətta qadın olsa belə, iradəsi ilə hər bir işin öhdəsindən gələ bilər", - deyə idmançı bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti