...

Pekin-2022: Fiqurlu konkisürənimiz növbəti mərhələyə vəsiqə qazanıb (FOTO)

İdman Materials 8 Fevral 2022 08:11 (UTC +04:00)
Pekin-2022: Fiqurlu konkisürənimiz növbəti mərhələyə vəsiqə qazanıb (FOTO)

Bakı. Trend:

Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev Pekin-2022 Qış Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Trend-in məlumatına görə, Azərbaycan təmsilçisi qısa proqramda 84,15 xal toplayıb və hazırda sıralamada 8-ci yerdədir.

V.Litvintsev 30 konkisürənin qatıldığı qısa proqramda vaxtından əvvəl ilk ilk 24-ə düşməyi bacarıb və fevralın 10-da sərbəst proqramda iştirak hüququ qazanıb.

Turnirin qalibi hər iki proqram üzrə xalların cəminə görə müəyyən edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti