...

Pekin-2022: Fiqurlu konkisürənimiz final mərhələsində çıxış edib

İdman Materials 10 Fevral 2022 08:07 (UTC +04:00)
Pekin-2022: Fiqurlu konkisürənimiz final mərhələsində çıxış edib

Bakı. Trend:

Azərbaycanı Pekin-2022 Qış Olimpiya Oyunlarında təmsil edən fiqurlu konkisürən Vladimir Litvintsev final mərhələsində çıxış edib.

Trend-in məlumatına görə, 21 yaşlı idmançı sərbəst proqramda II qrupda mübarizə aparıb.

A.Litvintsev 24 idmançının qatıldığı yarışda hazırda 239,19 xalla 6-cı pillədə qərarlaşıb.

Konkisürən fevralın 8-də qısa proqramda 84,15 xalla 18-ci olub.

Turnirin qalibi hər iki proqram üzrə xalların cəminə görə müəyyənləşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti