...

Azərbaycan təmsilçisi “Pekin-2022”-ni 18-ci pillədə başa vurub

İdman Materials 10 Fevral 2022 10:02 (UTC +04:00)
Azərbaycan təmsilçisi “Pekin-2022”-ni 18-ci pillədə başa vurub

Bakı. Trend:

Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev “Pekin-2022” Qış Olimpiya Oyunlarında çıxışını başa vurub.

Trend-in məlumatına görə, idmançımız bu gün sərbəst proqramda buz üzərinə çıxıb. Onun çıxışı 155,04 xalla qiymətləndirilib. V.Litvintsev bu hərəkətdə 19-cu olub. Təmsilçimiz iki proqramın cəmində 239,19 xal toplayıb. Təmsilçimiz yarışı 18-ci pillədə başa vurub.

Qeyd edək ki, Olimpiya çempionu adına ABŞ təmsilçisi Natan Çen yiyələnib. O, 332,60 xal toplayıb. İlk üçlüyü yaponiyalı idmançılar Yuma Kaqiyama və Sema Uno tamamlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti