...

Norveç yığması Pekin Qış Olimpiadasında liderliyini davam etdirir

İdman Materials 16 Fevral 2022 23:20 (UTC +04:00)
Norveç yığması Pekin Qış Olimpiadasında liderliyini davam etdirir

Bakı. Trend:

Norveç yığması Pekində keçirilən Qış Olimpiya Oyunlarında daha bir qızıl medal qazanaraq komanda hesabında liderliyini davam etdirir.

Trend xəbər verir ki, Olimpiadanın arxada qalan on üç yarış gününün nəticələrinə əsasən, Norveç yığmasının hesabında 13 qızıl, 7 gümüş və 8 bürünc medal var. Onun ən yaxın izləyicisi Almaniya 10 qızıl, 6 gümüş və 4 bürünc medal əldə edib. Üçüncü yerdə 8 qızıl, 7 gümüş və 4 bürünc medalla ABŞ komandası qərarlaşıb.

Oyunların on üçüncü günü ev sahibləri üçün uğurlu olub. Hesabına indiyədək 7 qızıl, 4 gümüş və 2 bürünc medal yazdıran ÇXR yığması iki pillə irəliləyərək dördüncü yerə yüksəlib. İlk beşlikdə, həmçinin Avstriya (6, 7, 4) komandası yer alır.

Yarışlarda hələlik 28 ölkə medal qazana bilib.

Xatırladaq ki, “Pekin-2022” Qış Olimpiya Oyunlarında 91 ölkədən 2800-dən çox idmançı iştirak edir. Onlar idmanın 15 növü üzrə 109 dəst medal uğrunda mübarizə aparırlar.

Olimpiada fevralın 20-də yekunlaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti