...

İslamiada: Azərbaycanın bədii gimnastika üzrə qrup komandası üç lent və iki topla proqramda qızıl medal qazanıb (FOTO)

İdman Materials 14 Avqust 2022 19:35 (UTC +04:00)
İslamiada: Azərbaycanın bədii gimnastika üzrə qrup komandası üç lent və iki topla proqramda qızıl medal qazanıb (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Konya. Trend:

Azərbaycan komandası V İslam Həmrəyliyi Oyunlarında bədii gimnastika üzrə qrup hərəkətlərində üç lent və iki topla proqramda qızıl medal qazanıb.

Trend xəbər verir ki, bu gün gimnastlar beş halqa ilə proqramda gümüş medal qazanıblar.

Komandada Darya Sorokina, Kamilla Əliyeva, Ləman Əlimuradova, Güllü Ağalarzadə, Yelizaveta Luzan, Zeynəb Hümmətova yer alıb.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

Foto: Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti