...

PSJ-nin hücumçusu Mbappe Messinin Çempionlar Liqasındakı rekordunu qırıb

İdman Materials 7 Sentyabr 2022 08:55 (UTC +04:00)
PSJ-nin hücumçusu Mbappe Messinin Çempionlar Liqasındakı rekordunu qırıb

Bakı. Trend:

Ötən gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda PSJ-nin hücumçusu Kilian Mbappe "Yuventus"un qapısına iki qol vurub.

Trend xəbər verir ki, fransalı hücumçu Çempionlar Liqasında 35-ci qolunu vuraraq, bu qol sayına çatan ən gənc oyunçu olub (23 yaş 260 gün).

Qeyd edək ki, bundan öncəki rekord Lionel Messiyə məxsus olub (23 yaş 307 gün).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti