...

Azərbaycan UEFA reytinqində cari mövsüm üçün xal ehtiyatını artırıb

İdman Materials 14 Oktyabr 2022 07:41 (UTC +04:00)
Azərbaycan UEFA reytinqində cari mövsüm üçün xal ehtiyatını artırıb

Bakı. Trend:

Azərbaycan UEFA reytinqində 2022/2023-cü il mövsümü üçün xal ehtiyatını yenidən artırıb.

Trend-in məlumatına görə, bu, "Qarabağ"ın Avropa Liqasının G qrupunun dördüncü turunda Bakıda Yunanıstanın "Olimpiakos" klubu ilə qolsuz heç-heçə etməsi sayəsində mümkün olub. Bu nəticə hazırda avrokuboklarda bir komanda ilə təmsil olunan ölkəmizin aktivinə daha 0,250 xal gətirib.

Cari mövsüm üzrə xal sayını 3,250-ə, son 5 mövsümdə isə 15.875-ə çatdıran Azərbaycanın 29-cu pillədəki mövqeyi dəyişməyib. 28-ci yerdəki Polşanın 17,500 xalı var.

Qeyd edək ki, siyahıya 96,141 xalla İngiltərə başçılıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti