...

Mbappe "PSJ" ilə müqavilə əsasında rekord 630 milyon avro alacaq

İdman Materials 24 Oktyabr 2022 08:28 (UTC +04:00)
Mbappe "PSJ" ilə müqavilə əsasında rekord 630 milyon avro alacaq

Bakı. Trend:

Fransa millisinin hücumçusu Kilian Mbappe "Pari Sen Jermen" futbol klubu ilə müqaviləsinin uzadılması sayəsində tarixdə ən çox əmək haqqı alan idmançıdır.

Trend-in məlumatına görə, bu barədə Fransanın "Le Parisien" qəzeti xəbər verib.

Məlumata əsasən, yazda hücumçu ilə daha bir mövsüm uzatma imkanı ilə iki illik müqavilə imzalayan paytaxt klubu bu müqavilənin şərtlərinə görə ulduz oyunçusuna ümumilikdə 630 milyon avro ödəyəcək.

Bu göstərici üzrə rekord 2017-ci ildə "Barselona" ilə 555 milyon avroya müqavilə imzalayan argentinalı Lionel Messiyə məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti