...

I Beynəlxalq “Ocaq” Kubokunda qazanılan qızıl medalla fəxr edirəm - gənc türk gimnast

İdman Materials 26 Noyabr 2022 18:38 (UTC +04:00)
I Beynəlxalq “Ocaq” Kubokunda qazanılan qızıl medalla fəxr edirəm - gənc türk gimnast
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda bədii gimnastika üzrə I Beynəlxalq “Ocaq” Kubokunda qızıl medal qazandığım üçün fəxr edirəm.

Bunu şənbə günü Trend-ə yarışın qalibi, gənc türk gimnast Mira Öztürk deyib.

I Beynəlxalq "Ocaq" Kubokunda Mira Öztürk üç mükafat - çoxnövçülükdə və alətsiz hərəkətdə qızıl medal, 2014-cü il təvəllüdlü gimnastlar arasında topla hərəkətlər proqramına görə gümüş medal qazanıb.

"Yarışlar möhtəşəm keçdi, mən Kubok mükafatlarını qazanmaq arzusunda idim və uğur qazandım. Anam bədii gimnastika üzrə məşqçidir, onun sayəsində idmanla məşğul olmağa başladım. Hər il proqram daha da mürəkkəbləşir, yeni elementlər əlavə olunur, buna görə də çox məşq etməliyik", - deyə gənc gimnast deyib.

Mira Öztürk əlavə edib ki, o, daha əvvəl Türkiyədə yarışlarda iştirak edib.

"İlk yarışmada iştirak edəndə keçirdiyim hissləri xatırlayıram. Bakını çox bəyəndim, yenidən bura gəlmək istəyirəm. Oteldən Gimnastika Arenasına gedən yolda küçələrə, binalara baxıram - burada hər şey çox gözəldir. Yarışların keçirildiyi zal isə möhtəşəmdir", - deyə gənc gimnst əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti