...

Azərbaycanlı gimnastlar Misirdə keçirilən beynəlxalq turnirdə medallar qazanıblar ( FOTO)

İdman Materials 12 İyun 2023 14:41 (UTC +04:00)
Azərbaycanlı gimnastlar Misirdə keçirilən beynəlxalq turnirdə medallar qazanıblar ( FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanlı idmançılar Qahirədə bədii gimnastika üzrə "Pharaoh’s Cup" beynəlxalq turnirində mükafatlar qazanıblar.

Trend bu barədə bazar ertəsi Azərbaycan Gimnastika Federasiyasına (AGF) istinadən xəbər verir.

Azərbaycanın qrup hərəkətlərində Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərovadan ibarət qrup hərəkətləri üzrə gənclərdən ibarət komandası beş iplə və beş topla hərəkət proqramlarında gümüş medallar qazanıb.

Fərdi proqramda çıxış edən gimnast Nuray Əhmədzadə lentlə hərəkətlər üzrə bürünc medal qazanıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti