...

“Fənərbağça” heyətinə yeni futbolçu qatıb

İdman Materials 21 İyul 2023 20:09 (UTC +04:00)
“Fənərbağça” heyətinə yeni futbolçu qatıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“Fənərbağça” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Trend xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb.

İstanbul təmsilçisi “Marsel”dən Bartuğ Elması transfer edib. Türk yarımmüdafiəçi ilə üçillik müqavilə imzalanıb.

Qeyd edək ki, “Qalatasaray”ın yetirməsi olan Bartuğ 2022-ci ilin yayında “Marsel”ə keçmişdi. İyirmi yaşlı futbolçu Fransa Liqa 1 klubunun heyətində cəmi bir oyuna çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti