Bakı.Trend:
Azərbaycan komandası Çinin Çendu şəhərində keçirilən XXXI Yay Universiadasında ilk medalını qazanıb.
Trend-in məlumatına görə, cüdoçumuz Leyla Əliyeva (48 kq) bürünc mükafata sahib olub.
Çendu Pekin və Şencendən sonra Çində yay universiadasının təşkil olunduğu üçüncü şəhərdir.
Qeyd edək ki, cədvəl üzrə 2021-ci ildə keçirilməli olan 31-ci Yay Universiadasının vaxtı pandemiya səbəbindən “Tokio-2020” Yay Olimpiya Oyunlarının 2021-ci ilə keçirilməsi ilə əlaqədar 2022-ci ilin iyununa təxirə salınmışdı. Amma ötən ilin mayında FISU “Çendu-2021” universiadasını daha bir il təxirə salmaq barədə qərar qəbul edib.
Azərbaycanı “Çendu-2021” Universiadasında 20 ali təhsil müəssisəsindən 18-27 yaş aralığında 88 atlet 16 idman növündə təmsil edəcək. Ölkəmiz universiadalar tarixində ilk dəfə ən böyük heyətlə təmsil olunur.