...

Şahmat üzrə Dünya Kubokuna bu gün yekun vurulacaq

İdman Materials 24 Avqust 2023 10:54 (UTC +04:00)
Şahmat üzrə Dünya Kubokuna bu gün yekun vurulacaq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokuna bu gün yekun vurulacaq.

Trend xəbər verir ki, çempionluq və üçüncü yer uğrunda mübarizə aparan şahmatçılar medalların taleyinə tay-brekdə aydınlıq gətirəcəklər.

Finalda norveçli Maqnus Karlsenlə hindistanlı Rameşbaba Praqnanandxa münasibətlərinə aydınlıq gətirəcəklər. Onların əvvəlki iki duelində heç-heçə qeydə alınıb.

Azərbaycan şahmatçısı Nicat Abasov isə bürünc medal uğrunda mübarizədə ABŞ təmsilçisi Fabiano Karuanayla qarşılaşacaq. Abasov ilk görüşdə Karuanaya qalib gəlsə də, ikinci oyunda rəqibinə uduzub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti