...

Bu klubun yeni baş məşqçisi bəlli olub

İdman Materials 14 Dekabr 2023 20:09 (UTC +04:00)
Bu klubun yeni baş məşqçisi bəlli olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Fənərbağça” basketbol komandasının yeni baş məşqçisi müəyyənləşib.

Trend klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin sükanı arxasına Şarunas Yasikyaviçyus gətirilib.

Litvalı mütəxəssis bu vəzifədə yunanıstanlı Dimitris İtudisi əvəzləyib. 47 yaşlı çalışdırıcı ilə 2025-2026-cı illər mövsümünün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, Şarunas Yasikyaviçyusun son klubu İspaniya “Barselona”sı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti