...

Türkiyə Superliqası: "Fənərbağça" doğma meydanda qələbə qazanıb

İdman Materials 10 Mart 2024 23:16 (UTC +04:00)
Türkiyə Superliqası: "Fənərbağça" doğma meydanda qələbə qazanıb

Bakı. Trend:

Türkiyə Superliqasında 29-cu turun növbəti oyunları keçirilib.

Trend-in məlumatına görə, günün maraqlı matçı "Fənərbağça" və "Pendikspor" arasında baş tutub. Görüş İstanbul nəhənginin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 30-cu dəqiqədə qonaqların heyətində Halil Akpunar açıb. Mərt Hakan Yandaş 50-ci dəqiqədə tablodakı rəqəmləri bərabərləşdirib. 87-ci dəqiqədə penaltidən Mişi Batşuayi komandasını önə keçirib. Fərdi Kadıoğlu 90+4-cü dəqiqədə fərqi iki topa çıxarıb. Matçın yekun nəticəsini 90+9-cu dəqiqədə İrfan Can Kahveçi müəyyənləşdirib.

Günün digər oyunlarında "Kasımpaşa" "İstanbulspor"u, "Samsunspor" "Ankaragücü"nü 2:1 hesabı ilə məğlub edib. "Kayserispor" - "Hatayspor" görüşü isə qollu sülhlə başa çatıb - 1:1.

Qeyd edək ki, bu nəticələrdən sonra xallarını 76-ya çatdıran "Fənərbağça" 2-ci yerdədir. Turnir cədvəlinə isə 78 xalla "Qalatasaray" başçılıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti