Bakı. Trend:
Azərbaycan cüdo yığması Avropa kubokunda iştirak edəcək.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti açıqlayıb.
Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutacaq böyüklər arasında qitə kuboku Sloveniyanın Podçetrtek şəhərində keçiriləcək. İyunun 15-16-da təşkil olunacaq turnirdə 31 ölkədən 356 idmançı iştirak edəcək.
Kişi cüdoçulardan ibarət Azərbaycan millisi yarışda 14 idmançı ilə təmsil olunacaq. Yığmanın böyük məşqçisi Slavko Tediçin rəhbərlik edəcəyi heyətdə Rövşən Əliyev, Kənan Hüseynov, Kənan İsmayılov (hamısı 60 kq), Nazir Talıbov, Rəşad Yelkiyev (hər ikisi 66 kq), İbrahim Əliyev, Nəriman Mirzəyev, Rüfət Şövlətov, Kamran Süleymanov (hamısı 73 kq), Məhərrəm İmamverdiyev (81 kq), İbrahim Ağakişiyev (90 kq), Ruslan Nəsirli (100 kq), Camal Feyziyev, İmran Yusifov (hər ikisi +100 kq) yer alıblar.