...

AVRO-2024: Almaniya 1 xalı xilas edib, Macarıstan 90+10-cu dəqiqədə qələbə qazanıb

İdman Materials 24 İyun 2024 01:12 (UTC +04:00)
AVRO-2024: Almaniya 1 xalı xilas edib, Macarıstan 90+10-cu dəqiqədə qələbə qazanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün AVRO-2024-də qrup mərhələsinin sonuncu turuna start verilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, III turun ilk günündə A qrupunda mübarizəyə yekun vurulub.

Qrup liderləri Almaniya ilə İsveçrə Frankfurtda görüşüb. 1/8 finala vəsiqəni təmin edən Bundestim 1-ci pilləni çətinliklə qoruyub. Uzun müddət hesabda geri olan almanlar 90+2-ci dəqiqədə bərabərlik qolunu vurublar. İsveçrə isə pley-offa məğlubiyyətsiz yüksəlib.

Şotlandiya və Macarıstan 1/8 final arzusunu reallaşdırmaq üçün mübarizə aparıb. Hər iki komandanın qol vurmaq şansları olub. Hakimin əsas vaxta əlavə etdiyi 10-ci dəqiqədə Macarıstan qələbə topunu vurub. 3 xal qazanan macarlar pley-off ümidini saxlayıblar.

Qeyd edək ki, qrup mərhələsinə iyunun 26-da yekun vurulacaq.

AVRO-2024

Qrup mərhələsi, III tur

23 iyun, A qrupu
23:00. İsveçrə - Almaniya - 1:1
Qollar: Dan Ndoye, 28 - Niklas Fullkruq, 90+2
Baş hakim: Daniele Orsato (İtaliya)
Frankfurt Arena

23:00. Şotlandiya – Macarıstan - 0:1
Qol: Kevin Çobot, 90+10
Baş hakim: Fakundo Telyo (Argentina)
Ştutqart Arena

Xəbər lenti

Xəbər lenti