Bakı. Trend:
Fransa millisinin futbolçusu Kilian Mbappe və ailəsi klub almaq qərarına gəlib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu yay “Real”a keçən hücumçu “Kan”a sahib olmaq istəyir.
Aşağı liqa təmsilçisi ilə danışıqlar davam edir. Kilian uşaq vaxtı bu klubun akademiyasında məşğul olub. “Kan” son 6 mövsümü Liqa2-də keçirib.
Qeyd edək ki, Mbappenin “Real”a keçidi iyunun 3-də rəsmiləşib.