Bakı. Trend:
Beynəlxalq Olimpiya Oyunlarının prezidenti Tomas Bax və 2024-cü il Oyunlarının Təşkilat Komitəsinin rəhbəri Toni Estanqe 2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarını açıq elan edib.
Trend-in məlumatına görə, açılış mərasimi ilk dəfədir ki, stadiondan kənarda keçirilib.
Arenada parad əvəzinə olimpiya komandaları gəzinti gəmilərində Sena çayı boyunca hərəkət ediblər.
Qeyd edək ki, avqustun 11-dək davam edəcək Paris Olimpiadasında 206 ölkədən olan 11 minə yaxın idmançı 32 idman növü üzrə ümumilikdə 329 dəst medal uğrunda mübarizə aparacaq.