...

Milli Gimnastika Arenasında batut gimnastikası, tamblinq üzrə ölkə çempionatı və Bakı birinciliyi start götürüb (FOTO)

İdman Materials 14 Fevral 2025 12:00 (UTC +04:00)
Milli Gimnastika Arenasında batut gimnastikası, tamblinq üzrə ölkə çempionatı və Bakı birinciliyi start götürüb (FOTO)
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Gimnastika Arenasında Batut gimnastikası üzrə 9-cu, Tamblinq üzrə 21-ci ölkə çempionatı və Bakı birinciliyi start götürüb.

Trend xəbər verir ki, 14 və 15 fevral tarixlərində keçirilən arışlarda idmançılar müxtəlif yaş kateqoriyaları üzrə birincilik uğrunda mübarizə aparacaqlar.

Batut üzrə yarışda idmançılar fərdi və sinxron proqramda kiçiklər (2016-2018), uşaqlar (2013-2015), yeniyetmələr (2011-2012), gənclər (2009-2010) və böyüklər (2008 və daha böyük) yaş kateqoriyaları üzrə çıxış edəcəklər.

Tamblinq üzrə yarışda idmançılar fərdi və sinxron proqramda kiçiklər (2016-2018), uşaqlar (2013-2015), yeniyetmələr (2011-2012), gənclər (2009-2010) və böyüklər (2008 və daha böyük) yaş kateqoriyaları üzrə mübarizə aparacaqlar. Yarışda qaliblər təsnifat mərhələsində 2 çıxışın cəminə əsasən müəyyənləşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti