...

Azərbaycanın iki gimnastı Dünya Kubokunun finalına vəsiqə qazandı

İdman Materials 22 Fevral 2025 17:06 (UTC +04:00)
Azərbaycanın iki gimnastı Dünya Kubokunun finalına vəsiqə qazandı
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Bakı. Trend:

Tamblinq üzrə Azərbaycan millisinin iki üzvü Bakıda keçirilən Dünya Kubokunda finala yüksəlib.

Trend xəbər verir ki, kişilərin yarışında Adil Hacızadə 55.500 xalla bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub.

Yığmanın digər üzvü Tofiq Əliyev isə 14 idmançı arasında 53.700 xalla ikinci olub.

Bu növdə ən çox xal toplayan ilk 8 idmançı həlledici mərhələyə vəsiqə qazanıb.

Tamblinq üzrə final mərhələsinin yarışları fevralın 23-də keçiriləcək.

Qeyd edək ki, Dünya Kubokunda 15 ölkədən idmançılar medallar uğrunda mübarizə aparırlar.

Xəbər lenti

Xəbər lenti