...

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib (FOTO)

İdman Materials 6 Mart 2025 13:16 (UTC +04:00)
Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib (FOTO)
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kubokubun açılış merasimi keçirilib.

Trend xəbər verir ki, Gənclər və idman naziri Fərid Qayıbov hər il respublikamızda gimnastika növləri üzrə keçirilən mötəbər yarışlar və qazanılan nailiyyətlər barədə məlumat verib.

O, Azərbaycanın gimnastikada daim uğurlu nəticələrlə yadda qaldığını deyib. Nazir bu yarışın Azərbaycanda idman gimnastikasının inkişafında və təbliğində əhəmiyyətli rol oynayacağını, idmançıların təcrübə əldə etmələrinə şərait yaradacağını söyləyib.

Qeyd edək ki, yarışda ölkəmizi kişilər arasında Nikita Simonov (halqalar), İvan Tixonov (turnik), Rəsul Əhmədzadə (sərbəst hərəkətlər, dəstəli at), Mənsum Səfərov (dayaqlı tullanma, turnik), Murad Ağarzayev (sərbəst hərəkətlər), Ramin Dəmirov (paralel qollar), qadınlar arasında Nazənin Teymurova (6 alətin hər birində) və Dəniz Əliyeva (6 alətin hər birində) təmsil edirlər.

Dörd gün davam edəcək yarışların yekununda, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Dünya Kubokuna martın 9-da yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti