Bakı. Trend:
Azərbaycan gimnastı Nikita Simonov Bakıda keçirilən Dünya Kubokunda qızıl medal qazanıb.
Trend xəbər verir ki, gimnastımız çıxışına görə 14,233 xall toplayıb.
Qeyd edək ki, bu gün Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kuboku davam edir.
Yarışda ölkəmizi kişilər arasında Nikita Simonov (halqalar), İvan Tixonov (turnik), Rəsul Əhmədzadə (sərbəst hərəkətlər, dəstəli at), Mənsum Səfərov (dayaqlı tullanma, turnik), Murad Ağarzayev (sərbəst hərəkətlər), Ramin Dəmirov (paralel qollar), qadınlar arasında Dəniz Əliyeva (4 alətin hər birində) təmsil edirlər.
Dörd günlük yarışların yekununda, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.