...

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun sonuncu günü start götürüb (FOTO)

İdman Materials 9 Mart 2025 13:51 (UTC +04:00)
Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun sonuncu günü start götürüb (FOTO)
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kuboku davam edir.

Trend xəbər verir ki, bu gün yarışın sonuncu günü start götürüb.

Qeyd edək ki, yarışda ölkəmizi kişilər arasında Nikita Simonov (halqalar), İvan Tixonov (turnik), Rəsul Əhmədzadə (sərbəst hərəkətlər, dəstəli at), Mənsum Səfərov (dayaqlı tullanma, turnik), Murad Ağarzayev (sərbəst hərəkətlər), Ramin Dəmirov (paralel qollar), qadınlar arasında Dəniz Əliyeva (4 alətin hər birində) təmsil edirlər.

Dörd gün davam edəcək yarışların yekununda, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Dünya Kubokuna bu gün yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti