Bakı. Trend:
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Yunanıstanda keçiriləcək 144-cü sessiyasında təşkilatın 100-dən çox üzvü BOK prezidentini gizli səsvermə yolu ilə seçəcək.
Trend-in məlumatına görə, BOK-un onuncu prezidentinin seçkiləri bağlı qapılar arxasında keçiriləcək və yerli vaxtla saat 16:00-da başlayacağı gözlənilir. Bu vəzifə üçün yeddi nəfər mübarizə aparır.
Mütləq səs çoxluğunu toplayan namizəd BOK-un rəhbəri olacaq. Birinci turda heç kim lazımi sayda səs toplamasa, səsvermə davam etdiriləcək və hər növbəti turdan sonra ən az səs toplayan namizəd müsabiqədən kənarlaşdırılacaq.
Yeni prezidentin adı səsvermənin son turundan sonra canlı efirdə açıqlanacaq.