...

Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olub

İdman Materials 30 Mart 2025 22:38 (UTC +04:00)

Bakı. Trend:

Basketbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib.

Trend xəbər verir ki, final matçında "Gəncə" və NTD komandaları üz-üzə gəlib. Bakı İdman Sarayında keçirilən görüş paytaxt təmsilçisinin 81:72 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da NTD Azərbaycan Kubokunun qalibi olub.

Qeyd edək ki, bu kuboka ötən mövsüm "Neftçi" sahib çıxmışdı.

Xəbər lenti

Xəbər lenti