...

Myanmada növbəti güclü zəlzələ baş verib

Dünya xəbərləri Materials 1 Aprel 2025 16:06 (UTC +04:00)
Myanmada növbəti güclü zəlzələ baş verib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Myanmada Mandalay şəhərinin yaxınlığında növbəti güclü zəlzələ baş verib.

Trend xəbər verir ki, bu barədə Avropa- Aralıq Dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanlar Bakı vaxtı ilə 15:00 radələrində qeyd alınıb. Onlardan ən şiddətlisi 5 bal gücündə olub.

Zəlzələnin episentri 1,2 milyondan çox insanın yaşadığı Mandalay şəhərindən 16 kilometr cənub-qərbdə olub, hiposentri isə (yeraltı ocağı) 35 dərinlikdə qeydə alınıb.

Dağıntılar və itkilər barədə hələ ki, məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti