...

Sığorta şirkətlərinin ödənişlərinin həcminə görə yanvar-fevral ayları üzrə renkinqi

İqtisadiyyat Materials 1 Aprel 2025 15:39 (UTC +04:00)
Sığorta şirkətlərinin ödənişlərinin həcminə görə yanvar-fevral ayları üzrə renkinqi
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 108,6 milyon manat sığorta ödənişi edilib.

Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11,5% və ya 11,2 milyon manat çoxdur. Belə ki, ötən ilin yanvar-fevral aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 97,4 milyon manat sığorta ödənişi edilib.

Bəhs olunan dövrdə ən çox sığorta ödənişi edən şirkət “Paşa Həyat Sığorta” ASC (61 milyon manat) olub. İkinci yerdə 19 milyon manat ödənişlə “Paşa Sığorta” ASC, üçüncü yerdə 6,5 milyon manat sığorta ödənişi ilə “Atəşgah Həyat” ASC qərarlaşıb.

Yanvar-fevral aylarında sığorta ödənişlərinə görə şirkətlərin renkinqi ilə aşağıdan tanış ola bilərsiniz:

Şirkət adı

Məbləğ (min manat)

“Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti

60 998

“Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti

18 972

“Atəşgah Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti

6 479

“Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti

5 997

“Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti

3 517

“Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyəti

2 260

“Xalq Həyat Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti

2 171

“Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti

2 120

“A-Qroup Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti

1 650

“Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti

1 421

“Aqrar Sığorta” Açıq Səhmdar Cəmiyyəti

1 170

“AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti

687

“Meqa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti

681

“AzSığorta” Açıq Səhmdar Cəmiyyəti

313

“Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti

149

“İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyəti

10

Məqalədə:
Xəbər lenti

Xəbər lenti