Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda sığorta şirkətlərinin xətti ilə 281,2 milyon manat sığorta haqqı yığılıb.
Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17,2% və ya 41,5 milyon manat çoxdur. 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda sığorta şirkətlərinin xətti ilə 239,7 milyon manat sığorta haqqı toplanılıb.
Bəhs olunan dövrdə ən çox sığorta haqqı toplayan şirkət “Paşa Həyat Sığorta” ASC (100,4 milyon manat) olub. İkinci yerdə 95,2 milyon manat sığorta haqqı ilə “Paşa Sığorta” ASC, üçüncü yerdə 19,2 milyon manat sığorta haqqı ilə “Qala Sığorta” ASC qərarlaşıb.
Yanvar-fevral aylarında sığorta yığımlarına görə şirkətlərin renkinqi ilə aşağıdan tanış ola bilərsiniz:
Şirkət Adı |
Məbləğ (min manat) |
“Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
100 385 |
“Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
95 153 |
“Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
19 229 |
“Atəşgah Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti |
16 798 |
“Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti |
9 637 |
“Aqrar Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
7 909 |
“Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
5 539 |
“Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
5 350 |
“Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
5 335 |
“Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti |
4 915 |
“A-Qroup Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti |
2 972 |
“Meqa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
2 583 |
“Xalq Həyat Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti |
1 822 |
“AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti |
1 702 |
“AzSığorta” Açıq Səhmdar Cəmiyyəti |
1 422 |
“İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
454 |