Beyləqan. Trend:
Beyləqanda baş verən yol-nəqliyyat hadisəsi zamanı 41 yaşlı kişi xəsarət alıb.
Trend-in yerli müxbirinin məlumatına görə, hadisə rayonun Birinci Şahsevən kəndi ərazisində baş verib.
Belə ki, rayon sakini 1984-cü il təvəllüdlü Amil Baxşəliyev idarə etdiyi "VAZ"2107 markalı avtomobillə hərəkətdə olarkən qarşısına heyvan çıxıb. Nəticədə sürücü Baxşəliyev Amil avtomobili saxlaya bilmədiyindən heyvanı vurub özü isə xəsarət alıb. Yaralı A. Baxşəliyev Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona baldırın çoxsaylı sınıqları, aşıq - baldır oynağı və ayağın digər dəqiqləşdirilməmiş travmaları diaqnozu təyin edilib. İlkin tibbi yardım göstərilərək Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna təxliyə olunub.