...

Müəllimləri təhqir edən direktor işdən çıxarıldı

Cəmiyyət Materials 1 Aprel 2025 15:15 (UTC +04:00)
Müəllimləri təhqir edən direktor işdən çıxarıldı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Müəllimləri təhqir edən direktor işdən çıxarılıb.

Trend xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Bildirilib ki, Bakı şəhəri 301 nömrəli tam orta məktəbin direktorunun müəllimlərə qarşı uyğunsuz davranışı ilə bağlı aşkara çıxarılan faktlar üzrə araşdırmalar aparılıb.

"Araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəsissəsinin direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Bildiririk ki, təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunması, vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir. Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir",- məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti