Bakı. Trend:
"Mançester Yunayted" yay transfer pəncərəsində Hakan Çalhanoğlunu heyətinə qatmaq üçün "İnter" və futbolçu ilə danışıqlar aparmağı planlaşdırır.
Trend-in məlumatına görə, komandanın yeni baş məşqçisi Ruben Amorim türkiyəli yarımmüdafiəçinin oyun üslubunu yüksək qiymətləndirir və onu əsas transfer hədəflərindən biri kimi görür.
31 yaşlı futbolçu ötən yay "Bavariya"nın təklifini geri çevirmişdi.
Bu mövsüm Çalhanoğlu "İnter"in heyətində 33 oyuna çıxaraq 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.