...

Azərbaycanda həyatın yaşam sığortası üzrə yığım və ödənişlər artıb

İqtisadiyyat Materials 1 Aprel 2025 14:58 (UTC +04:00)
Azərbaycanda həyatın yaşam sığortası üzrə yığım və ödənişlər artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə həyatın yaşam sığortası üzrə 103,6 milyon manat sığorta haqqı, 68,9 milyon manat isə sığorta ödənişi təşkil edilib.

Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu növ sığorta üzrə yığımlar 23,2 milyon manat və ya 28,9%, ödənişlər isə 9,3 milyon manat və ya 15,6% artıb.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 281,2 milyon manat sığorta haqqı yığılıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 17,2% çoxdur.

Eyni zamanda, hesabat dövründə sığorta şirkətlərinin xətti ilə 108,6 milyon manat sığorta ödənişi edilib. Bu isə əvvəlki ilin eyni aylarındakı göstərici ilə müqayisədə 11,5% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti