Bakı. Trend:
"Formula 1" tarixinin ən məşhur simalarından biri, alman Mixael Şumaxerin Ferrari F2001 yarış avtomobili RM Sotheby's hərracında 15,98 milyon avroya satılıb.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, ilkin qiymət təxmin 8 milyon avro olsa da, satış gözlənilən dəyəri iki dəfə artıraraq avtomobilin tarixi əhəmiyyətini və Şumaxere olan marağı təsdiqləyib.
Məlumata görə, alıcı haqda məlumatlar məxvi saxlanılıb, kimliyi açıqlanmayıb.
Qeyd edilir ki, Şumaxer 2001-ci ildə bu avtomobillə Macarıstan və Monako Qran-Prisini qazanıb və həmin il beşinci "Formula 1" çempionluğunu alıb. Ferrari F2001 Scuderia Ferrari komandasının tarixində ən uğurlu avtomobillərdən biri hesab olunur.