...

Azərbaycanın gənc cüdoçuları Avropa Kubokunda komanda hesabında birinci olublar

İdman Materials 4 Avqust 2025 12:52 (UTC +04:00)
Azərbaycanın gənc cüdoçuları Avropa Kubokunda komanda hesabında birinci olublar
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb.

Azərbaycan Cüdo Federasiyasından Trend-ə verilən məlumata görə, son yarış günündə daha 2 cüdoçumuz Dövlət Himnimizi səsləndirib.

Süleyman Şükürov (-81 kq) və Ramazan Əhmədov (+100 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq qızıl medal qazanıblar.

Qeyd edək ki, daha əvvəl Nihad Məmişov (-60 kq), Əbil Yusubov (-73 kq) qızıl, Fərid Qarayev (-60 kq) gümüş, Məhəmməd Musayev (-66 kq) isə bürünc medal əldə edib.

Azərbaycan millisi yekunda 4 qızıl, 1 gümüş və 1 bürünc medalla 26 ölkə arasında ümumi komanda hesabında birinci olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti