...

Qış Olimpiya oyunlarında daha bir atlet ağır xəsarət alıb

İdman Materials 11 Fevral 2026 11:47 (UTC +04:00)
Qış Olimpiya oyunlarında daha bir atlet ağır xəsarət alıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avstraliyalı atlet Kem Bolton Olimpiya Oyunlarında çıxışı ərəfəsində snoubord-kross üzrə məşq zamanı yıxılaraq boyun fəqərələri nahiyəsində iki sınıq xəsarəti.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, idmançı bazar ertəsi ağrı hiss etsə də, yalnız növbəti gün tibbi yardıma müraciət edib. Rentgen müayinəsi sınıqları aşkar etdikdən sonra o, əlavə müalicə üçün helikopterlə xəstəxanaya aparılıb.

Boltonun 35 yaşı var. İtaliyada keçirilən Olimpiya Oyunları avstraliyalı üçün karyerasında dördüncü olmalı idi. O, daha əvvəl 2014, 2018 və 2022-ci illərdə keçirilən Oyunlarda iştirak edib. Bolton 2025-ci il dünya çempionatında snoubord-kross üzrə qarışıq yarışlarda gümüş medal qazanıb.

Snoubord-kross üzrə fərdi yarışlar fevralın 12-nə, qarışıq yarışlar isə fevralın 15-nə planlaşdırılıb. Qış Olimpiya Oyunları fevralın 22-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti