...

İnformasiya səfəri - “Binalarda və sənayedə enerji səmərəliliyi”

İqtisadiyyat Materials 27 Oktyabr 2016 13:51 (UTC +04:00)
Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyinin "Enerji səmərəliliyi üzrə ixrac təşəbbüsü" layihəsi çərçivəsində Renewables Academy" (RENAC ASC) və AHK Azərbaycan 5-8 dekabr 2016-cı il tarixlərində Berlin və ona yaxın ərazilərdə “Binalarda və sənayedə enerji səmərəliliyi” mövzusu üzrə informasiya səfəri təşkil edir.
İnformasiya səfəri - “Binalarda və sənayedə enerji səmərəliliyi”

Bakı. Trend:

Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyinin "Enerji səmərəliliyi üzrə ixrac təşəbbüsü" layihəsi çərçivəsində Renewables Academy" (RENAC ASC) və AHK Azərbaycan 5-8 dekabr 2016-cı il tarixlərində Berlin və ona yaxın ərazilərdə “Binalarda və sənayedə enerji səmərəliliyi” mövzusu üzrə informasiya səfəri təşkil edir.

Trend-in məlumatına görə, iştirakçılar 4 günlük səfər çərçivəsində binalarda və sənayedə enerjidən səmərəli istifadə olunması üçün texnologiyalara dair məruzələrdə və görüşlərdə ətraflı məlumat ala biləcəklər. Səfərin ilk gününün birinci yarısında mütəxəssislər məruzələr ilə çıxış edəcəklər və bununla yanaşı iştirakçılara Almaniyadakı enerji səmərəliliyi bazarı ilə də tanış olmaq imkanı yaradılacaq. Növbəti günlərdə isə iştirakçılar alman müəssisələri və onların “Binalarda və sənayedə enerji səmərəliliyi” mövzusundakı konkret layihələri ilə tanış ola biləcəklər və müəssisələrə baş çəkəcəklər. Beləliklə, iştirakçılar bu sahədəki biliklərini daha da artıra və texnologiyaların necə tətbiq olunmasını yaxından öyrənə biləcəklər.

Səfərdə nazirliklərin nümayəndələri, digər dövlət qurumlarının və müəssisələrinin əməkdaşları, tədqiqat institutlarının, həmçinin şirkət və maliyyə institutları əməkdaşlarının iştirakı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti