Bakı. Trend:
Azərbaycanda əlilliyin qiymətləndirilməsi prosesi elektron formada aparılacaq. Bu, vətəndaşlarla məmur arasında ünsiyyəti aradan qaldıracaq. Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
S.Müslümov bildirib: “Nazirliyin mərkəzləşdirilmiş informasiya sistemində tibbi-sosial ekspertiza üzrə alt sistem yaradılıb. Bu sistem əlilliyin qiymətləndirilməsi prosesini avtomatlaşdırmağa imkan verəcək”.
Nazirin sözlərinə görə, ikinci və üçüncü qrup əlillərin təkrar yoxlamadan keçirilməsi müddəti 5 ilədək artırılıb.