...

SOCAR istiqrazları sahibləri növbəti gəlirlərini əldə edəcəklər

İqtisadiyyat Materials 7 Aprel 2017 11:28 (UTC +04:00)
SOCAR istiqrazları üzrə növbəti faizlər aprelin 17-də ödənilir.
SOCAR istiqrazları sahibləri növbəti gəlirlərini əldə edəcəklər

Bakı. Trend:

SOCAR istiqrazları üzrə növbəti faizlər aprelin 17-də ödənilir.

"SOCAR Capital" şirkətindən Trend-ə verilən məlumata görə, həmin tarixdə istiqraz sahibləri hər istiqraza görə 12,5 dollar gəlir əldə edəcəklər. Ümumilikdə, istiqraz sahiblərinə 1 milyon 250 min dollar ödəniləcək.

Faizlər istiqraz sahiblərinin bank hesablarına köçürüləcək. Onlar bu pulları istədikləri kimi istifadə edə bilərlər.

Xatırladaq ki, nominal qiyməti 1000 dollar olan SOCAR İstiqrazlarının illik gəlirliliyi 5% və ya ildə 50 dollardır. Bu hesabla istiqraz sahibleri ildə 5 milyon dollar qazanırlar. Faizlər hər 3 aydan bir ödənilir. İlk faizlər yanvarın 17-də ödənilib.

SOCAR İstiqrazlarının əsas üstünlükləri SOCAR tərəfindən nominal qiymətə alış zəmanəti və likvidliyin yüksək olmasıdır. Nəticədə istiqrazların qiyməti heç vaxt min dollardan aşağı düşmür və onları cəmi bir neçə dəqiqəyə nağd pula çevirmək mümkündür.

Hazırda SOCAR İstiqrazlarını təkrar bazardan almaq üçün 1 və 5 saylı ASAN Xidmət mərkəzlərinə və ya *1999 qaynar xəttinə müraciət etmək lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti