...

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Beynəlxalq Assosiasiyasının işçi qrupunun növbəti iclası keçirilib

İqtisadiyyat Materials 26 Aprel 2017 18:48 (UTC +04:00)
Bakıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Beynəlxalq Assosiasiyasının işçi qrupunun növbəti iclası keçirilib.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Beynəlxalq Assosiasiyasının işçi qrupunun növbəti iclası keçirilib

Bakı. Trend:

Bakıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Beynəlxalq Assosiasiyasının işçi qrupunun növbəti iclası keçirilib.

Bu barədə Trend-ə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən məlumat verilib.

Azərbaycan, Gürcüstan, Qazaxıstan , Ukrayna və Polşa Dəmir Yollarının, Bakı, Aktau və Batumi limanlarının əlaqədar şəxslərinin iştirak etdiyi toplantıya “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin nümayəndələri də qatılıb.

İclasda Çin-Avropa istiqamətində hərəkət edən konteynerlərə Transxəzər dəhlizi üzrə rəqabətqabiliyyətli tariflərin müəyyənləşdirilməsi bir daha nəzərdən keçirilib. Bununla yanaşı, Qazaxıstan kömürünün Ukrayna istiqamətində daşınma imkanları müzakirə olunaraq rəqabətqabiliyyətli tarif şərtləri müəyyən edilib. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Beynəlxalq Assosasiyasının illik daşımalar barədə hesabat formaları ətrafında da fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevralında Gəmiçiliyin iştirakı ilə yaradılıb. 2016-cı ilin oktyabrında ona hüquqi status verilərək Beynəlxalq Assosiasiya formatına gətirilib. Assosiasiyanın fəaliyyəti Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna tranzit yüklərinin cəlb edilməsinə, marşrut üzrə inteqrasiya edilmiş logistik məhsulların inkişafına istiqamətlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti