...

FAO Azərbaycanda yeni layihələrin icrasını nəzərdən keçirir

İqtisadiyyat Materials 18 İyul 2017 20:25 (UTC +04:00)
Kənd Təsərrüfatı naziri Heydər Əsədov bu gün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Melek Çakmakla görüşüb.
FAO Azərbaycanda yeni layihələrin icrasını nəzərdən keçirir

Bakı. Trend:

Kənd Təsərrüfatı naziri Heydər Əsədov bu gün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Melek Çakmakla görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Nazirliyin müvafiq şöbələri və qurumlarının rəhbərlərinin, həmçinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun alimlərinin iştirak etdiyi görüşdə “FAO-Azərbaycan tərəfdaşlıq proqramı” çərçivəsində təqdim olunan yeni layihələr müzakirə olunub.

H.Əsədov FAO ilə Azərbaycan arasında həyata keçirilən layihələri yüksək qiymətləndirib və gələcəkdə də yeni layihələrin həyata keçirilməsi üçün əməkdaşlığın önəmli olduğunu bildirib.

Görüşdə “Azərbaycanda xəstəliklərdən azad kartof toxumçuluğu sisteminin yaradılması”, “Azərbaycanda arıçılığın inkişafı vasitəsilə əhalinin gəlirlərinin artırılması”, “Azərbaycanda iribuynuzlu damazlıq heyvanların effektiv yetişdirilməsi və yemlənməsi sistemlərinin yaradılması yolu ilə iribuynuzlu heyvandarlığın inkişaf etdirilməsi”, “Dayanıqlı qoyunçuluq və ərzaq məhsullarının dəyər zəncirlərinin hazırlanması və qəbulu” layihələrinin ayrılıqda hər bir komponenti üzrə müzakirələr aparılıb. H.Əsədov gələcəkdə səmərəliliyin artırılması məqsədilə hər bir layihə üzrə tövsiyələrini verib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri M.Çakmak qeyd olunan dəyişikləri və təklifləri nəzərə almaqla, yeni layihələrin həyata keçirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti