...

İİTM: Azərbaycanın iqtisadi inkişafı neft amilinə deyil, Prezident İlham Əliyevin islahatlarına əsaslanır

İqtisadiyyat Materials 28 Sentyabr 2017 14:28 (UTC +04:00)
Dünya İqtisadi Forumunun “2017-2018-ci illər qlobal rəqabətqabiliyyətlilik reytinqi”ndə Azərbaycanın mövqeyinin yaxşılaşması Prezident İlham Əliyev siyasətinin nəticəsidir.
İİTM: Azərbaycanın iqtisadi inkişafı neft amilinə deyil, Prezident İlham Əliyevin islahatlarına əsaslanır

Bakı. Azad Həsənli - Trend:

Dünya İqtisadi Forumunun “2017-2018-ci illər qlobal rəqabətqabiliyyətlilik reytinqi”ndə Azərbaycanın mövqeyinin yaxşılaşması Prezident İlham Əliyev siyasətinin nəticəsidir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

O qeyd edib ki, bu reytinqdə Azərbaycan ən yüksək göstəricini “sahibkarlıq mədəniyyəti” indeksində 20 pillə yüksəlməklə göstərib.

V.Qasımlı bildirib ki, Azərbaycan bir çox indeksdə öz mövqeyini yaxşılaşdırıb, bu isə onu göstərir ki, dövlət başçısının rəhbərliyi altında həyata keçirilən islahatlar öz nəticəsini verir: “Bu onu ifadə edir ki, Azərbaycanın iqtisadi inkişafı artıq neft amilinə deyil, Prezident İlham Əliyev tərəfindən keçirilən islahatlara əsaslanır. Yəni, islahatlar öz nəticəsini verir və bu göstəricini digər reytinqlərdə də yaxşılaşdıra bilərik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti