...

"ASAN xidmət"də göstərilən bütün xidmətlərin 41%-i notariusların payına düşür

İqtisadiyyat Materials 2 Aprel 2018 20:18 (UTC +04:00)
Notariat hərəkətlərinin sayı ötən il artaraq 3,9 milyona çatıb.
"ASAN xidmət"də göstərilən bütün xidmətlərin 41%-i notariusların payına düşür

Bakı. Trend:

Ölkədə aparılan notariat hərəkətlərinin sayı ötən il artaraq 3,9 milyona çatıb, bu əməliyyatlarla bağlı qanunvericiliklə nəzərdə tutulmuş ödənişlərin məbləği isə əvvəlki illərlə müqayisədə 3,2 dəfə çoxalaraq 43 milyon manat təşkil edib.

Trend-in məlumatına görə, bu barədə Ədliyyə Nazirliyində notariusların iştirakı ilə keçirilən geniş müşavirədə deyilib.

Bildirilib ki, "ASAN xidmət" mərkəzlərində 2018-ci ilədək ədliyyə orqanları, o cümlədən notariuslar tərəfindən dörd milyona yaxın əməliyyat aparılıb. Müşavirədə qeyd edilib ki, yaradıldığı dövrdən mərkəzlərdə göstərilən bütün xidmətlərin 41%-i məhz notariusların payına düşür və bu göstərici ilbəil artır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti