...

Bugünkü hərrac: 15 dövlət əmlakı özəlləşdirildi (FOTO)

İqtisadiyyat Materials 10 Aprel 2018 13:44 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.
Bugünkü hərrac: 15 dövlət əmlakı özəlləşdirildi (FOTO)

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.

Komitədən Trend-ə verilən məlumata görə, Hyundai Sonata markalı avtomobilə edilən təkliflər ard-arda səslənib. İlkin start qiyməti 8 min 500 manat olan bu maşına ən son 18 min 200 manat təklif edilib. 2007-ci ilin istehsalı olan digər Hyundai Sonatanın hərracında da alıcıların aktivliyi müşahidə edilib. Həmin avtomobilin ilkin start qiyməti 7 min 500 manat olsa da, edilən təklif 12 min manata qədər yüksəlib. Eyni tendensiya VAZ-21041 markalı avtomobilin hərracında da müşahidə edilib. Belə ki, ilkin start qiyməti 1600 manat olan maşın 2 min 400 manata sahibini tapıb. QAZ-3110 markalı nəqliyyat vasitəsinin hərracında isə ən son 2 min 600 manat təklif edən iştirakçı qalib olub. Qeyd edilməlidir ki, adıçəkilən avtomobilin ilkin start qiyməti 1300 manat olub. Ümumilikdə özəlləşən nəqliyyat vasitələri sırasında Avropa istehsalı olan avtomobillər üstünlük təşkil edib. Həmin maşınların buraxılış tarixi 1987-2008-ci illəri əhatə edir.

Budəfəki hərracda 1 kiçik dövlət müəssisəsi, 6 qeyri-yaşayış sahəsi, 8 nəqliyyat vasitəsi özəlləşdirilib. Bakı şəhəri üzrə keçirilən hərraclarda 2 istifadəsiz qeyri-yaşayış sahəsi və 8 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 1 kiçik dövlət müəssisəsi və 4 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib.

Hərracda özəlləşdirilən kiçik dövlət müəssisəsi Astara rayonunda yerləşən qeyri-yaşayış binasıdır. Həmin əmlak xidmət sahəsində əlverişli olmaqla sahibinə yaxşı gəlir gətirə bilər. Belə ki, ümumi faydalı sahəsi 326 kv.m, torpaq sahəsi 700 kv.m olan obyekt geyim mallarının pərakəndə satışı üçün əlverişlidir.

Bakı şəhəri üzrə özəlləşən qeyri-yaşayış sahəsi Xətai və Pirallahı rayonlarında yerləşir. Region üzrə özəlləşən qeyri-yaşayış sahəsi isə Abşeron və Yevlax rayonlarındadır. Xətai rayonunda yerləşən, ümumi faydalı sahəsi 32,5 kv.m olan əmlakdan ofis, xidmət obyekti kimi istifadə etmək olar. Pirallahıda yerləşən ümumi faydalı sahəsi 361 kv.m olan obyekt də xidmət sahəsinə aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir.

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az portalının müvafiq bölməsinə daxil olmaq kifayətdir.

Hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. İstənilən şəxs hərracda həm iştirakçı qismində qatıla, həmdə ziyarətçi olaraq canlı izləyə bilər.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac aprelin 17-də keçiriləcək. Hərraca investorları cəlb edə biləcək çoxçeşidli əmlaklar çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti