...

AZAL yay uçuş cədvəli çərçivəsində üç yeni istiqamət açır (FOTO)

İqtisadiyyat Materials 19 Aprel 2018 14:37 (UTC +04:00)
“Azərbaycan Hava Yolları” yay uçuş cədvəli çərçivəsində marşrut şəbəkəsində üç yeni istiqamətə - Səudiyyə Ərəbistanının Dammam və Ər-Riyad şəhərləri, eləcə də Monteneqronun populyar kurortu olan Tivata birbaşa reyslər yerinə yetirəcək.
AZAL yay uçuş cədvəli çərçivəsində üç yeni istiqamət açır (FOTO)

Bakı. Trend:

“Azərbaycan Hava Yolları” yay uçuş cədvəli çərçivəsində marşrut şəbəkəsində üç yeni istiqamətə - Səudiyyə Ərəbistanının Dammam və Ər-Riyad şəhərləri (iyunun 15-dən sentyabrın 1-dək), eləcə də Monteneqronun populyar kurortu olan Tivata (iyulun 5-dən sentyabrın 15-dək) birbaşa reyslər yerinə yetirəcək.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, reyslər komfortlu “Airbus A320” laynerləri ilə yerinə yetiriləcək.

Aviabiletin qiymətinə baqajın pulsuz daşınması (23 kq-a kimi) və soyuq və isti yeməklərin tam çeşidi daxildir.

Aviabiletləri AZAL-ın kassalarında və aviaşirkətin rəsmi agentliklərində https://www.azal.az/az/information/sales-offices bronlaşdırmaq və əldə etmək mümkündür. Yaxın zamanda yeni istiqamətlərə aviabiletləri www.azal.az saytında da əldə etmək mümkün olacaq.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:

(+99412) 598-88-80 (Azərbaycandan zənglər üçün qısa nömrə: *8880)

E-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti