...

Norm Ustalar Klubu qarşısına qoyduğu hədəflərə doğru uğurla addımlayır (FOTO)

İqtisadiyyat Materials 6 İyun 2018 10:57 (UTC +04:00)
2017-ci ilin sonunda Norm Ustalar Klubu üzvlərinin faydalana biləcəyi tədrisyönümlü və həvəsləndirici tədbirlərin sayının artırılmasını qarşısına hədəf qoyub.
Norm Ustalar Klubu qarşısına qoyduğu hədəflərə doğru uğurla addımlayır (FOTO)

Bakı. Trend:

2017-ci ilin sonunda Norm Ustalar Klubu üzvlərinin faydalana biləcəyi tədrisyönümlü və həvəsləndirici tədbirlərin sayının artırılmasını qarşısına hədəf qoyub. Klub 2018-ci ilin aprel ayında ilk silsilə görüşlərə başlayıb. Ötən görüşlərlə müqayisədə bu dəfə tədbirə qatılan ustaların sayında nəzərə çarpacaq qədər artım hiss olunub.

Trend-in məlumatına görə, 19-29 aprel 2018-ci il tarixləri arasında respublikanın 7 müxtəlif şəhər və rayonunda – Bakı, Quba, Qəbələ, Gəncə, Mingəçevir, Kürdəmir və Masallıda inşaat sahəsində çalışan 1000 ustaya təlim keçilib.

Ustalar ənənəvi təlimləri maraqla izləyib, yeniliklərdən xəbərdar olub, onları maraqlandıran sualları Norm şirkətinin peşəkar texniki dəstək komandasına ünvanlandırıblar.

Bu dəfəki təlimlərin mövzuları sement istehsalı üsulları, klinkerin istehsal prosesi və avadanlıqları, sementə əlavə olunan mineral əlavələr, xüsusi hörgü növləri, armaturlu betonlar və onların xüsusiyyətləri və s. kimi sahələri əhatə edib.

Klubun fəaliyyətinin daha səmərəli təşkili və ustalarla ünsiyyətin daha intensiv qurulması məqsədilə regionlar üzrə usta səfirlər təyin olunub və klubun üzvləri səfirlərlə tanış olublar.

Təlimlərin sonunda Norm sementlərindən ən çox istifadə edən ustalar xüsusi hədiyyələr və bonus kartlarla mükafatlandırılıb, bütün ustalara isə həvəsləndirici hədiyyələr təqdim olunub.

Norm Ustalar Klubu inşaatda çalışan ustaları özündə birləşdirən bir klubdur. Klub 2016-ci ilin dekabrında yaradılmışdır. Klubun yaradılmasının məqsədi inşaat sahəsində çalışan ustaların bilik və bacarıqlarını inkişaf etdirməkdən ibarətdir. Düzgün məhsulun peşəkar usta tərəfindən istifadəsi inşaat sahəsindəki işlərin keyfiyyətinə zəmanət verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti